“Musavat” qurultayını Büllur şadlıq sarayında keçirəcək

Müsavat Partiyasının oktyabrın 12-nə planlaşdırılan qurultayı bir gün sonraya keçirilib.

Bu barədə bu gün keçirilən debatda partiyanın başqanı  Arif Hacılı məlumat verib:

“Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) və “Büllur” sarayı ilə müzakirələrdən sonra qurultayı oktyabrın 13-nə keçirməyə qərar verdik. “Büllur”dan bizə bildirdilər ki, oktyabrın 12-də mərasimi var, amma 13-də keçirə bilərsiniz”.

Beləliklə Müsavat Partiyası ilə Bakı şəhər İcra Hakimiyyəti və “Büllur”un rəhbərliyi arasında qurultayın oktyabrın 13-də bu məkanda keçirilməsinə dair razılıq əldə olunub.