Müsavat başqanlığına namizədlərin debatı baş tutub [video]

Müsavat başqanlığına namizədlərin debatı baş tutub [video]
10 Oktyabr 2019
Mətni dəyiş
[embed]http://www.facebook.com/achiqazerbaycan/videos/764880653965613/[/embed]

Oktyabrın 10-da Müsavat Partiyasının qərargahında bu partiyada başqanlığa namizədlərin debatı keçirilib.

Azadlıq Radiosunun məlumatına görə, debatlarda 3 namizəd - Arif HacılıTofiq Yaqublu və Yadigar Sadıqlı iştirak edib.

Namizədlərdən hazırkı Müsavat Partiyası başqanı A.Hacılı bildirib ki, bu debatın özü Azərbaycan siyasətində bir ilkdir: "Azərbaycan hakimiyyəti çalışır ki, vətəndaşlar seçki vərdişini itirsin, biz isə əksini edirik. Müsavatçılar fəaliyyətimə bələddirlər, siyasi təcrübəm və partiyaya bağlılığım var. Məqsədim partiyanı hakim partiya etməkdir".

T.Yaqublu da bildirib ki, Müsavat Partiyası daha irəlidə olmalıdır: "Düşünürəm ki, mənə və simamda dəyişikliklərə səs verilməlidir. Həqiqi birləşməyə ehtiyac var".

Y.Sadıqlı isə qeyd edib ki, gənclərlə bağlı partiyada vəziyyət ürəkaçan deyil: "Əvvəl təkcə gənclərin sayı digər partiyanın üzvlərindən artıq idi. Partiyada plüralizmlə bağlı vəziyyət də qənaətbəxş deyil…".

Qarabağ münaqişəsi…

Qarabağ məsələsinə gəlincə, T.Yaqublu deyib: "Biz hakimiyyətə gəlib Qarabağı qaytarmaq üçün çalışmalıyıq…".

Y.Sadıqlı da deyib ki, Azərbaycan hakimiyyətin beynəlxalq səviyyədə imici yaxşı deyil. Onun fikrincə, Azərbaycan hərbi uğurlar qazansa belə, onu reallaşdıra bilməyəcəyik: "Vəzifəmiz demokratik hakimiyyət qurmaqdır…".

A.Hacılı isə qeyd edib ki, Qarabağ məsələsində Müsavat Partiyanın böyük konsepsiyası var. A.Hacılının sözlərinə görə, sənəd hakimiyyətə təqdim edilib: "Bu problemi və digər problemləri indiki vəziyyətdə həll etmək müşkül görünür. Azərbaycan hakimiyyətinin Qarabağ məsələsini həll etmək istiqamətində heç bir fəaliyyəti yoxdur…".

Müsavat Partiyasının yaxın günlərdə növbəti qurultayı keçirilməlidir.

Rəsmilər isə deyirlər ki, məhz prezident İlham Əliyevin hakimiyyəti dövründə Qarabağ münaqişəsi ədalətli formada həllini tapacaq. Onlar ölkədə demokratiyanın olmaması ilə bağlı deyilən fikirləri də qəbul etmirlər.

Xatırlatma

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il sovet işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin ovaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında A.Hacılı başqan postuna seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun