Milli Şuranın Bakının mərkəzinə təyin etdiyi mitinqdə "Azadlıq" şuarları səsləndirilib [canlı blog + foto-video]

Milli Şuranın Bakının mərkəzinə təyin etdiyi mitinqdə "Azadlıq" şuarları səsləndirilib [canlı blog + foto-video]
19 Oktyabr 2019
Mətni dəyiş
[embed]http://www.facebook.com/AbzasMedia/videos/967664993593820/[/embed]

Məlumatlar yenilənir, sonuncu xəbərlər məqalənin yuxarı hissəsindədir. 

Baki polisi 60 nəfərin saxlandığını bildirir

Bakı Şəhər Baş Polis İdarəsi ( BŞBPİ) Milli Şuranın aksiyası ilə bağlı məlumat yayıb.

İdarədən yayılan məlumatda bildirilir ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib:

“Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb. Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb", - deyə məlumatda bildirilir.

*** [embed]http://www.facebook.com/AbzasMedia/videos/2422826151331140/[/embed]

Bu gün 19 oktyabrda Milli Şura 15:00-da Bakıda, 28 may metrosunun qarşısında mitinq keçirəcəyini elan edib.

Hökümət mitinqə icazə verməyəcəyini əvvəlcədən bildirərək ərazini polis və daxili qoşunların canlı qüvvəsi ilə mühasirəyə alıb.

Əldə etdiyimiz son məlumata görə, AXCP sədri Əli Kərimli mitinqə getmək üçün evindən çıxıb.

Ə.Kərimlinin evindən çıxan zaman yaşadığı binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu müşaiyət edənlərin hamısını zorla avtomobillərə mindiriblər.

Müxalif fəalların saxlanılmasından sonra Əli Kərimlinin də saxlanıldığı deyilir.

[embed]http://www.facebook.com/MeydanTelevision/videos/2141360942836701/[/embed] [embed]http://www.facebook.com/MeydanTelevision/videos/742530352876523/[/embed] [embed]http://www.facebook.com/BBCnewsAzeri/videos/578066866270290/[/embed]

***

İnternet və mobil rabitə kəsilib

Milli Şura mitinq üçün elan etdiyi saatlardan etibarən Bakının bir sıra yerlərində internetdə kəsintilər olduğu bildirilir. Sakinlərinin verdiyi məlumata görə, belə hallar xüsusilə Bakının mərkəzi ərazilərdə daha çox müşahidə edilir.

Məsələyə, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

28 May metrosunun qarşındakı meydanın mühasirəyə alınıb

Bakının mərkəzində metronun "28 May" stansiyası və dəmiryolu vağzalı qarşısındakı meydan oktyabrın 19-da səhər saatlarından etibarən polis tərəfindən mühasirəyə alınıb.

Meydan ətrafındakı bütün mağazalar bağlanıb, xırdavat, qəzet, içki satan köşklər yığışdırılıb.

Həmçinin, böyük ictimai iaşə obyektləri və ticarət mərkəzləri bağlanıb. Meydandakı dayanacaqdan yüzlərlə avtomobil yığışdırılıb.

Meydan boyunca içərisində polislər olan avtomobillər yerləşdirilib, meydanda mülki geyimli polislər və digər hüquq-mühafizə orqanlarının əməkdaşları patrul xidməti çəkir.

***

Bu barədə “Bakı Metropoliteni” qapalı səhimdar cəmiyyətinin (QSC) oktyabrın 19-da yaydığı məlumatda yazılır.

Buna səbəb kimi Milli Şuranın oktyabrın 19-da mitinq keçirmək istəyi göstərilir.

“Bakı Metropoliteni” QSC məlumatında bildirir ki, bu addımı strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə atır.

Demokratik Qüvvələrin Milli Şurasının aksiyası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi.Amma BŞİH bu yerlərinn heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi.

Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar veriblər.

Bakı şəhər Baş Polis İdarəsi də bəyan edib ki, icazəsiz aksiyanın qarşısı alınacaq.

Təşkilatçıların bildirməsinə görə, aksiyada siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi tələblər daxildir.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.

Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.

[caption id="attachment_82931" align="aligncenter" width="1343"] Əli Kərimli həbs olunduğu an.[/caption]      

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun