Milli Şura Bakının mərkəzində aksiya-yürüş keçirir [videolar]

Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir

Milli Şura şəhərin mərkəzində mitinq keçirmək istəyi ilə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirir.

Publicerat av Meydan Tv Tisdag 8 oktober 2019

Bu gün, oktaybrın 8-də günorta saat 15:00-da əvvəlcədən xəbər verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyətinin önündə “Sərbəst toplaşmaq hüququna əməl olunması” tələbi ilə piket başlanılıb.

Piket iştirakçıları İcra Hakimiyyətinə doğru yürüş ediblər. Əraziyə çoxlu sayda polis qüvvələri cəlb edilib, piketçilərin önü kəsilib. Buna baxmayaraq müxalifətçilər şəhərin mərkəzində səssiz şəkildə yürüş ediblər.

Aksiya ilə bağlı bütün videoları təqdim edirik.

Etirazçı “Bu “Lazım”gəlmədi, torpaq daha lazım olmadı?” dedi polislər qoluna girdi

"Bu köpək oğlu "Lazım" gəlmədi? Bu torpaq lazım olmadı bizə? Mən çürüdüm axı, öldüm burada. Mən məhv olmuşam, içim çürüyüb. Alın də mənim torpağımı, niyə almırsınız? Yataqxanalarda niyə məhv olmayım mən, bəsdirin də daha. Bəsdirin də, alın mənim torpağımı, gedim". 63 yaşlı Zəngilan rayonundan məcburi köçkünün bu sözündən sonra polis "gəl bura" deyib, onun qoluna girib aparır. 8 oktyabrda Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib. Təşkilatçılar şəhərin mərkəzində onlara mitinqə icazə verilməməyinə etiraz ediblər.

Publicerat av Meydan Tv Tisdag 8 oktober 2019

Aksiyanın şüarı: “ Meydan xalqın haqqıdır!”

Aksiya iştirakçısı: "Mən belə yaşamaqdansa, Əliyev rejiminə “yox” deyirəm. Mən bir gənc olaraq belə yaşamaqdansa, ölmək istəyirəm. Mənim atam şəhid olubdur, mən hər gün ölürəm. Məni atın maşının altına, öldürün, rədd olsun Əliyevlər!”8 oktyabrda Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib. Təşkilatçılar şəhərin mərkəzində onlara mitinqə icazə verilməməyinə etiraz ediblər.

Publicerat av Meydan Tv Tisdag 8 oktober 2019

Aksiyaçı polisə “Qardaşını tutursan, ey sən”

8 oktyabrda Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib. Təşkilatçılar şəhərin mərkəzində onlara mitinqə icazə verilməməyinə etiraz ediblər. Piketdə 50 nəfərin iştirakına razılıq verilsə də, yüzlərlə şəxs aksiya keçirdi. Onların içərisində partiya mənsubiyyəti olan da var, siravi vətəndaşlar da. Aksiya zamanı tutulanlar oldu.

Publicerat av Meydan Tv Tisdag 8 oktober 2019

Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti qarşısında təşkil etdiyi aksiyanın iştirakçıları danışır. İştirakçılar hələ tam dağılışmayıb. Ərazidə çoxlu sayda polis var.

Publicerat av Açıq Azərbaycan Tisdag 8 oktober 2019

Bakının mərkəzində kütləvi etiraz

Bakının mərkəzində etiraz aksiyası; Milli Şuranın piketinə xalq dəstəyi

Publicerat av Azadlıq Qəzeti Tisdag 8 oktober 2019

Publicerat av Nurlan Libre Tisdag 8 oktober 2019

Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşısında sərbəst toplaşmaq hüququnun bərpəsı tələbi ilə etiraz aksiyası keçirir – CANLI YAYIM

Publicerat av Açıq Azərbaycan Tisdag 8 oktober 2019

Milli Şuranın piketi keçirilir

Milli Şura üzvləri piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına yürüş edir.

Publicerat av Meydan Tv Tisdag 8 oktober 2019