Milli Şura 19 oktyabrda şəhərin mərkəzində mitinq keçirəcəyini elan edib

Milli Şura 19 oktyabrda şəhərin mərkəzində mitinq keçirəcəyini elan edib
16 Oktyabr 2019
Mətni dəyiş

AXCP sədri Əli Kərimli oktyabrın 14-də ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının internet televiziyasının canlı yayımda qonağı olub. O, müsahibədə Milli Şuranın 19 oktyabra təyin edilən mitinqi barədə danışıb.

Əli Kərimli bəyan edib ki, mitinq üçün BŞİH-ə 3 yer təklif ediblər, əgər hakimiyyət ağlabatan bir yer ayırmasa, aksiyanı BŞİH-ə təklif etdikləri yerlərdən biri olan 28 May metrostansiyasının qarşısındakı meydanda keçirəcəklər.

Digər tərəfdən, bu gün Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun