Lüksenburqda "Qarabağ" klubunun oyunu zamanı erməni təxribatı baş verib

Lüksenburqda "Qarabağ" klubunun oyunu zamanı erməni təxribatı baş verib
4 Oktyabr 2019
Mətni dəyiş
Dünən, oktaybrın 3-də Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. Turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı idi. Oyun insidentsiz ötüşməyib. Lüksemburqdakı görüşün 31-ci dəqiqəsində - “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. The Independent yazır ki, bayrağı daşıyan dron meydanın mərkəzi üzərində bir neçə saniyəlik dövrə vurub. “Qarabağ” futbolçuları buna kəskin etiraz bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb. Qarabağ klubunun yarımmüdafiəçisi Qara Qarayev dronu topla vurmağa çalışıb - yazır Independent. Qeyd edək ki, oyun dayanarkən görüş “Qarabağ”ın xeyrinə 2:0 idi. Təxminən 25 dəqiqəlik fasilədən sonra matç davam etdirilib. Bir neçə dəqiqə sonra “Düdelanj”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Almeyda fərqlənərək hesabı 0-3 edib. Oyunun 69-cu dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana hesabı 0-4 edib. Oyunun 90-cı dəqiqəsində “Düdelanj” hesab arasında fərqi azaldıb. 1-4. Oyun 1-4 hesabı ilə başa çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun