"Joker" filmi ekrana çıxdığı ilk həftədə rekord gəlir əldə edib

"Joker" filmi ekrana çıxdığı ilk həftədə rekord gəlir əldə edib
8 Oktyabr 2019
Mətni dəyiş

Kino aləminin maraqla gözlədiyi anti-qəhraman Joker filmi göstərilməyə başlayandan sonrakı bir həftə ərzində 93,5 milyon dollar gəlir əldə etdi.

Bu göstərici ilə film ilk həftədəki gəlirinin yüksəkliyinə görə bütün zamanların ən çox pul qazanan filmi oldu.

İyoaxim Foneksin baş rolunu oynadığı və Robert De Nironun əsas rollardan birinə çəkildiyi film dünya çapında 24,6 milyon dollar hasilat əldə edib.

Kino dünyasına "Hangover" filmi ilə tanış olan rejissor Todd Flipin çəkdiyi "Joker" filmi ABŞ-da geniş maraqla qarşılanıb.

Baş roldakı obrazın "psixi problemi obraz olması və bundan öncə Batman, The Dark Knight Rises kimi filmlərin nümayişi zamanı baş verən silahlı hücumları" nəzərə alaraq Los Angeles və New York polisi kino zallarında zorakı insidentlər yaranmaması üçün keşik çəkiblər.

ABŞ-ın Colorado əyalətindəki Auroro şəhərində 2012-ci ildə vizyona girən "Batman", "The Dark Knight Rises" kimi filmlərin göstərilməsi zamanı baş verən silahlı hücumlarda 12 nəfər ölmüş və 70 nəfər yaralanmışdı. "Joker" filmi bu səbəblə Aurordakı kino salonlarında göstərilmədi.

"Joker" filmi daha bir gözlənilməzliklə də yadda qalıb. Belə ki, sentyabr ayında Venesiya film festivalında göstərilən film "ən yaxşı film" mükafatı olan Qızıl Şir heykəlini qazanıb. Populyar kültürə aid olan aşağı zövqlü Hollivud filmləri arasında belə uğurun qazanılması tənqidçilərdə çaşqınlıq yaratmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun