İranda məktəblərin açılmasına baxmayaraq azərbaycanca dərsliklər hazır deyil

İranda məktəblərin açılmasına baxmayaraq azərbaycanca dərsliklər hazır deyil
4 Oktyabr 2019
Mətni dəyiş

İranın Şərqi Azərbaycan bölgəsi valisinin yeni təhsil ilində ekperimental şəkildə türkcə dilinin tədrisi ilə bağlı vədlərinə baxmayaraq dərsliklər nəşr edilməyib.

Bu haqda İran parlamentinə bağlı olan "Icana" xəbər agentliyinə danışan Urmiyə millət vəkili Nadir Gazipur açıqlama verib.

O bildirib ki, yeni təhsil ili başlasa da Türk dilində bir dərsliyin nəşr edilməsi ilə bağlı heç bir iş görülməyib.

“Yeni təhsil ili başladı, Konstitusiyanın tətbiq olunması və türk dilində bir dərslik nəşr edilməsi ilə bağlı heç xəbər olmadı. Nazir və prezident layihələrin həyata keçirilməsi ilə bağlı performanslarını elan etsinlər”.

Şərqi Azərbaycan Təhsil İdarəsi yeni təhsil ilinin əvvəlində vilayətin bəzi məktəblərində eksperimental olaraq Azərbaycan türkcəsinin tədris ediləcəyini bildirmişdi.

İyulun 16-da Şərqi Azərbacan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi tövsiyə etmişdi ki, “bəzi məktəblər yeni təhsil ilinin başlaması ilə bərabər həftədə ən az iki saat ana dilinin tədrisi, grammatika və türkcə şeir üçün zaman ayırsınlar.”

Purməhəmmədi başqa bir çıxışda ana dilində təhsil ilə müxalif olduğunu ancaq həftədə bir-iki saat türk dilinin tədrisi “bəzilərinin hədələrini zərərləşdirəcək” demişdi.

İran prezidenti Həsən Ruhani seçki kampaniyası dönəmində ana dilinin tədrisi hüququnu tanıyacağını vəd etmişdi. 2015-ci ildə ilk dəfə olaraq məhdud şəkildə kürd dili tədrisinə İran Kürdüstanın bəzi məktəblərində başlanıldı.

İran Azərbaycanında türk dili hüquqlarını müdafiə edən bir çox fəallar “sistemə qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyə qarşı fəaliyyət” kimi ittihamlarla uzun müddətli həbslərə məruz qalırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun