İki amerikalı konqressmen "Dağlıq Qarabağa" səfər edib

İki amerikalı konqressmen "Dağlıq Qarabağa" səfər edib
8 Oktyabr 2019
Mətni dəyiş

ABŞ Konqresinin Nümayəndələr Palatasının iki üzvü Ceki Kançelyan-Speyer və Cudi Çu oktyabrın 6-da İrəvana səfər ediblər. 

Bu barədə Sputnik agentliyinin erməni xidməti xəbər yayıb. Məlumata görə, konqresmenlər Ermənistanda WCIT-2019, Beynəlxalq informasiya texnologiyaları konqressində iştirak ediblər.

Amerikalılar sərgidən sonra oktyabrın 7-də onlar Ermənistan Xarici İşlər və Müdafiə Nazirliyində görüş keçiriblər.

Məlumata görə, bu gün, oktyabrın 8-də isə amerikalı konqresmenlər Cudi Çu və Ceki Şpeyer Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər ediblər.

Onların olduğu mülki helikopter Azərbaycanın dünya birliyi tərəfindən tanınan hava sərhədlərini pozaraq, Xocalı aeroportuna eniş ediblər.

Aeroportda onları qondarma rejimin “vitse-spiker”i Vaqram Balayan və “xarici işlər nazirinin müavini” Armine Aleksanyan qarşılayıb.

Xatırladaq ki, bundan öncə, daha bir konqresmen – Frenk Pallone də Dağlıq Qarabağa helikopterlə səfər etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun