Gürcüstanda yeni müxalif partiya, "Lelo" ilin sonunda elan olunacaq

Gürcüstanda yeni müxalif partiya, "Lelo" ilin sonunda elan olunacaq
25 Oktyabr 2019
Mətni dəyiş
"Lelo" hərakatının qurucusu Mamuka Xazaradze dekabr ayının 12-də hərakatın partiyaya çevrilməsini və onun qərargahı "Tbilisi sentrale"ni elan edəcəklər. "Lelo partiyası dekabrın 12-də elan ediləcək. Biz bu münasibətlə qurultay keçirəcəyik. Hələ partiya olmamağımıza baxmayaraq bir neçə min insan partiyamıza üzvlük üçün müraciət edib. Şəxsən mən özüm gələcək üzvləri qarşılayıb əllərini sıxaraq gözlərinə baxacağam. Biz birlikdə ölkəni məğlub durumdan çıxarıb qələbəyə aparacağıq Pariyamızın ofisi ilin sonu "Tbilisi sentrale"də açılacaq". Ölkənin bütün yolları, qatar yolları və avtobus yolları bura gəlir, bütün vətəndaşlar problemlərini məhz burda danışacaqlar və biz onların hər biri ilə dialoq quracağıq. Bu kiminsə deyil, məhz sizin parityanız olacaq. Biz xalqın birləşməsi ilə birlikdə bu vəziyyətdən çıxacağıq". - deyə Xazaradze bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun