Gürcüstan, Ukrayna, Litva, Latviya və Estoniya Rusiyanın AŞPA-ya qaytarılmasına etiraz edib

Gürcüstan, Ukrayna, Litva, Latviya və Estoniya bu gün Azərbaycan saatı ilə 13:00-da Avropa Şurasında ortaq yazılı bəyanatla çıxış ediblər.

Bəyanat Rusiyanın Avropa Şurası Parlament assambleyasına qaytarılması və Kremlin Gürcüstan və Ukraynaya qarşı təhdidlərindən bəhs edir. Bu barədə ‘Gruziya Onlayn’ portalı məlumat yayıb.

Beş postsovet ölkəsi AŞPA-da Rusiya Federasiyasının səsvermə hüququnun bərpa olunmasına qarşıdırlar və Rusiyanın təşkilatdakı səsvermə hüququnun dayandırıldığı səbəblərin hələ də aradan qaldırılmadığını bəyan ediblər.

Gürcüstanın Avropaya İnteqrasiya Üzrə Komitəsinin katibi Tamar Xulordavanın fikrincə AŞPA üzvi olan başqa ölkələrin Rusiyanın səsvermə hüququnu bərpa etmək haqda qərarı əsaslandırılmamış qərardır.

Katib deyib ki, Gürcüstan, Ukrayna, Litva, Latviya və Estoniya siyasi jest edərək AŞPA-nın ilk iclasından iştirakdan imtian ediblər. Bununla belə ölkələr AŞPA-nı tərk etmək fikrində deyillər.