Fizika üzrə Nobel mükafatı kainat haqda nəzəriyyələrin müəlliflərinə verilib

Fizika üzrə Nobel mükafatı kainat haqda nəzəriyyələrin müəlliflərinə verilib
9 Oktyabr 2019
Mətni dəyiş

Fizika üzrə Nobel mükafatı bu il kainatı və dünyanın kainatdakı yerini anlamağa yardımçı olacaq bir nəzəriyyənin yaradıcıları Kanada və ABŞ vətəndaşı Ceymz Peebles, isveçrəli Maykl Mayor və Didier Queloza verilib. Bu barədə "The Guardian" nəşrinin məlumat yayıb. 

İsveç Kral Akademiyası tərəfindən yayılan bəyanatda deyilir ki, Peeblesin əsərləri böyük partlayışdan günümüzə qədər kainatın tarixini anlamağımıza təməl qavramlarla kömək olur.

Mayor və Quelozunsa günəş sistemindən kənarda günəşə bənzəyən ulduzların ətrafındakı planetlərlə bağlı 1995-ci ildə ilk kəşflərindın inkişaf etdirdikləri nəzəriyyələrinə görə Nobel mükafatı verilib.

830 min avro miqdarında olan Fizika üzrə Nobel mükafatı Peebles, Mayor və Queloz arasında bölünəcək. Bu mükafat 1901-ci ildən bəri üçü qadın olan 209 elm adamına verilib. ABŞ-dan olan Con Bardeenə bu mükafat iki dəfə verilib.

Tibb üzrə Nobel mükafatının isə bu ilki sahibləri Qreq Semenza, Vilyam KaelinPeter Ratklif olub. Onlar hüceyrələrin oksigenə olan reaksiyası və dəyişməsi sahəsində apardıqları araşdırmalara görə Nobel mükafatına layiq görünüblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun