Elmar Məmmədyarov: "Rusiya vətəndaşı olan ermənilər Azərbaycana ehtiyatlanmadan gələ bilərlər"

Elmar Məmmədyarov: "Rusiya vətəndaşı olan ermənilər Azərbaycana ehtiyatlanmadan gələ bilərlər"
18 Oktyabr 2019
Mətni dəyiş
"Bundan sonra erməni mənşəlli, yaxud erməni soyadlı Rusiya vətəndaşları Azərbaycana ehtiyatlanmadan gələ bilərlər. Bunun üçün həmin şəxslər əvvəlcədən Azərbaycan səfirliyini xəbərdar etməlidirlər". Bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib. Xatırladaq ki, Rusiya XİN 2017-ci ildə yaydığı bəyanatda bir ildə 25 erməni mənşəlli Rusiya vətəndaşının erməni soyadlı olduğuna görə Azərbaycana buraxılmadığını bildirmişdi. Azərbaycan XİN isə bu bəyanatı şərh edərkən erməni soyadlı rus vətəndaşlarının ölkəyə buraxılmamasını mümkün provokasiyalardan qorunmaq üçün edilir. "Biz deyirik ki: əgər erməni soyadlı Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyirsə, Allah xatirinə gəlsin! Ancaq onlar heç olmasa əvvəlcədən bizim səfirliyimizi məlumatlandırsın. Rusiya vətəndaşları bizim ölkəyə vizasız gələ bilir, ancaq əvvəlcədən xəbər verilərsə biz də tədbirlər görərik" - deyə nazir Məmmədyarov bildirib. Məmmədyarov Azərbaycanın bu mövzunu Rusiya ilə kifayət qədər açıq şəkildə müzakirə etdiyini də dilə gətirib.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun