Bakı meriyası müxalifətin meriya önündə mitinqinə icazə verib

Bakı meriyası müxalifətin meriya önündə mitinqinə icazə verib
4 Oktyabr 2019
Mətni dəyiş
Paytaxt meriyası Milli Şura tərəfdarlarına oktyabr 8-də saat 15:00-dan 16:00-dək şəhər administrasiyasının binasının yanında piket keçirməyə icazə verib. Bu barədə meriyanın aksiya təşkilatçılarının müraciətinə cavabında bildirilir. Xatırladaq ki, müraciət müəllifləri meriyanın şəhər içində mitinq keçirməyə qadağa qoymasına və mitinqləri paytaxtdan kənarda keçirmək təklifinə etiraz etmək niyyətindir. Meriyanın cavabından məlum olur ki, piketin meriyanın binası ilə İqtisad Universitetinin arasındakı yerdə keçirilməsinə icazə verilib. Təşkilatçılar qanun-qaydaya əməl etməyə çağırılıb. Bu o deməkdir ki, aksiya iştirakçılarının sayı məhdud olmalıdır. Aksiyanın təşkilatçılarından biri Fuad Qəhrəmanlı meriyanın cavabını "müxalifətin kiçik qələbəsi" adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun