Azərbaycanda maaşı min manatdan çox olan 5 minə yaxın müəllim var

Azərbaycanda maaşı min manatdan çox olan 5 minə yaxın müəllim var
4 Oktyabr 2019
Mətni dəyiş
Son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb: “2019-2020-ci tədris ili üzrə daha  30 min müəllimin  müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur. Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artaraq təqribən 55 min olub”. Rəsmi məlumata görə, Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun