2030-cu ilə qədər dünyada obezitedən əziyyət çəkən uşaqların sayı 250 milyona yüksələ bilər

2030-cu ilə qədər dünyada obezitedən əziyyət çəkən uşaqların sayı 250 milyona yüksələ bilər
4 Oktyabr 2019
Mətni dəyiş

Dünya Obezite Federasiyasının apardığı araşdırmanın nəticəsindən bəlli olub ki, dünya üzrə 150 milyona yaxın kökəlmə xəstəliyindən əziyyət çəkən uşaq yaşayır.

Bu barədə İngilis "The Telegraph" qəzeti məqalə dərc edib. Yazıda deyilir ki, problemlə bağlı addımlar atılmasa 2030-cu ildə belə uşaqların sayı 250 milyona qalxacaq.

Araşdırmaya görə, ən çox obezite uşaq 2017-ci ildə Sakit Okean adalarında, Cook adalarında qeydə alınıb. Burda 5-9 yaşlı uşaqların 40 faizi obezitedən əziyyət çəkir.

Həmçinin, Federasiyanın araşdırmasına görə, 39 milyona çatan obez uşaq sayı ilə bütün dünyada ən yüksək göstəricilərdən birinə sahib olan Çində əgər bu xəstəliyə qarşı tədbirlər görməsə 2030-cu ildə ölkədə 62 milyon obezite xəstəsi uşaq olacaq.

Çindən sonrakı yerlərdə 14 milyon obezitə xəstəsi uşağın yaşadığı ABŞ və 11 milyon obez uşaq olan Hindistan gəlir.

Digər tərəfdən ən az obez uşağın yaşadığı ölkələr isə Afrika qitəsindədir.

Dünya Obezite Federasiyası uşaqlıqdan çox yeməyə öyrəşmiş obez insanların böyüyəndə də obezitedən əziyyət çəkmə ehtimallarının yüksək olduğunu və belə insanların şəkər xəstəliyinə potensiyal namizəd olduğunu xəbərdar edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun