14 yaşlı azərbaycanlı şahmatçı Aydın Süleymanlı dünya çempionu oldu

14 yaşlı azərbaycanlı şahmatçı Aydın Süleymanlı dünya çempionu oldu
12 Oktyabr 2019
Mətni dəyiş

Bu gün Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

14 yaşlı azərbaycanlı şahmat ustası Aydın Süleymanlı dünya birincisi olub. Süleymanlı keçirdiyi 11 oyunun 7-də qalib gəlib, 4-də isə heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz çempion olub.

Aydın Süleymanlı dünya birincisi olması ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, qələbə qazandığı üçün sevinclidir.

"Sonuncu dəfə Dünya Çempionatı kubokunu Azərbaycana 2015-ci ildə gətirmişdilər. 4 ildən sonra onu Azərbaycana mən gətirdim. Bu ay başlayacaq olan 16 yaşlılar arasında Olimpiya Çempionatında iştirak edəcəm. İnanıram ki, Azərbaycana komandası uğurla çıxış edəcək".

Azərbaycanın nüfuzlu şahmatçısı Şəhriyar Məmmədyarov da bu uğuruna görə Aydın Süleymanlını təbrik edib.

"Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm", - deyə "Şah" təbrikində bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun