Ədəbiyyat üzrə Nobel mükafatı Olqa Tokarçuk və Peter Handkeyə verilib

Nobel mükafatı komitəsi 2018-ci və 2019-cu il üzrə ədəbiyyat üzrə Nobel mükafatının laureatlarını açıqlayıb.

Komitə bir il fasilədən sonra mükafatı iki nəfərə birdən verib. Belə ki, 2018-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatı polyak yazar Olqa Tokarçuka, 2019-cu il üzrə isə avstriya yazarı Peter Handkeyə verilib.

Bu haqda bu gün, oktyabrın 10 da İsveç paytaxtı Stokolmda Nobel komitəsi məlumat verib.

2018-ci ildə Nobel komitəsinin üzvlərindən biri ilə bağlı baş vermiş səs-küylü qalmaqallardan sonra komitə mükafatı verməyi təxirə saldı.

Belə ki, Akademiyanın üzvü fotoqraf və jurnalist Jan Klod Arnonun 18 qadına qarşı seksual zorakılıq hərəkətləri olduğu ortaya çıxmışdı.

Hadisədən sonra 2018-ci ilin oktyabrında Arno iki illiyinə həbs olunmuşdum.

Xatıladaq ki, ədəbiyyat üzrə Nobel mükafatı 1901-ci ildən 2017-ci ilə qədər 114 nəfərə verilib.

2017-ci ildə mükafat yapon yazarı İsuquro Kadzuoya, 2016-cı ildə isə amerikalı şair və müğənni Bob Dilana verilib.