Türkiyədə AKP dövründə dərsliklərdə dini mətnlər və seksizm artıb

Türkiyədə AKP dövründə dərsliklərdə dini mətnlər və seksizm artıb
28 Sentyabr 2019
Mətni dəyiş
Türkiyə Cümhuriyyətinin qurulmasından bəri bu ölkədə dərs kitablarının dini ideologiyaların təsiri ilə qələmə alındığı haqda çoxsaylı iddialar səslənib. "Alman Dalğası" radiosunda məqalə yazan Burcu Karakaş Türkiyənin iqtidar partiyası Ətalət və Dirçəliş Partiyasının (AKP) dövründə ölkədə dərsliklərlə bağlı olan vəziyyəti təsvir edib. Müəllif bundan öncə Dr. Canan AremturDr. Sezen Bayhan tərəfindən hazırlanmış "Dəyişən dərs kitabında sekulyarizm və cəmiyyətdə cinsiyyət bərabərliyi" araşdırmasına istinadlar edir. Dr. Aremtur və Dr. Bayhanın 2018-ci ildə yenilənən dərsliklərin analizi nəticəsində gəldikləri yekun rəy budur ki, dərsliklərdə 2017-ci ilə nisbətən dini fikirlərin çoxluq təşkil etməsindən əlavə həm də patriarxal dəyərləri müdafiə edən baxış bucağı təbliğ olunur. Araşdırma müəlliflərinin fikrincə 2018-ci ildə "Fərdi inkişaf" dərsliyində dini ağırlıqlı mətnlər artırılıb. Altıncı sinif üçün olan "Fərdi inkişaf" dərsliyindəki "Ləyaqətlər" bölümündə "Fərd və Cəmiyyət" başlıqlı mətndə Padşah və Xızır obrazlarının söhbətləri verilib və "Allahım səndən budur diləyim" kimi cümlələrlə modern düşüncəyə zidd olan xurafatlara yer verilib. Həmin kitabda başqa bir mətndə isə çin filosofu Lao Tzunun bir əhvalatı verilib. Əhvalatda Lao Tzu güya Allah və tale anlayışlarından bəhs edir və beləliklə uşaqlara dini düşüncələr, tale anlayışı təbliğ olunur. Hesabata görə həmçinin ibtidai sinif və orta siniflərin dərsliklərində də dini vurğulu mətnlərdə ciddi artış olub. Dərsliklərdə həmçinin məscidləri tanıtmaq üçün yazılan mətnlər və məscid şəkilləridir. Məsəlçün, 2017-ci ilin 8-ci sinif Türk dili dərsliklərində məscid şəkillərinə yer verilməzkən, 2018-ci ilin dərsliyindəki "Sənət" mövzulu bölümdə Səlimiyyə məscidi haqda dörd səhifəlik mətn verilib. Araşdırmaya görə həmçinin 2018-ci ilin 10-cu sinif Tarix dərsliyində "qəza" və "fəth" anlayışıdan iki hakim mövzu olaraq bütün kitab boyu bəhs olunur. Müəllifin fikrincə həmçinin türk orta məktəblərində tədris olunan "Din Kültürü və Əxlaq Bilgisi" kitabından cihad mövzusu yeniliklə mətnlərə daxil olunub. Belə ki, keçən ilkindən fərqli olaraq 2018-ci ilin 11-ci sinif dərsliklərindəki "Dünya və Axirət" mövzusundakı mətndə "Allah yolunda şəhid olanlara ölü deyilməməsi" ifadə edilir. 2017-ci ilə aid 10, 11, 12-ci sinif üçün dərsliklərdə "Quradan bəzi anlayışlar" adlı bölümdə İslamın səkkiz təməl şərtləri arasında cihaddan da bəhs edilir. Dr. Bayhan juranlistə müsahibəsində deyir ki, Türkiyədəki dərsliklərdə ən mühüm dəyişikliklərdən biri düşüncə və ifadə azadlığının sərhəddlərinin dinlə cızılmasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun