Rusiyada seçkilər: Bütün regionların qubernatoru postuna iqtidar partiyasının namizədləri seçilib

Rusiyada seçkilər: Bütün regionların qubernatoru postuna iqtidar partiyasının namizədləri seçilib
9 Sentyabr 2019
Mətni dəyiş
Rusiyada sentyabrın 8-də keçirilmiş Moskva Şəhər Dumasına olan seçkilər, həmçinin regionlardakı qubernator seçkilərində toplanmış səslərin sayımı bu gün günortadan sonra bitib. Nəticədə məlum olub ki, Moskva Şəhər Dumasına keçirilmiş seçkilərdə müxalifətin namizədləri də qismən qələbə çalsa da, regionlardakı qubernator seçkilərində qalib gələnlərin hamısı hakim partiyasının namizədləri olub. Son məlumatlara görə ümumilikdə Moskva Şəhər Dumasındakı 45 yerdən 20-si müxalifətçilər tərəfindən qazanılıb. Sentyabrın 9-u səhər tezdənə olan xəbərlərə görə səslərin 100 faizi sayılıb və Kommunist partiyasının, "Yabloko" partiyasının və "Ədalətli Rusiya" partiyasının üzvləri seçkilərdə daha çox yer tutublar.

Seçkilərin İctimai Müşahidəçiləri adlı təşkilatın məlumatına görə müxalifətdə olan Kommunist Partiyasından 13 namizəd, "Ədalətli Rusiya" Partiyasından 3 namizəd, "Yabloko" Partiyasındna isə 4 namizəd Moskva Şəhər Dumasına seçilib. Hakim partiya olan "Vahid Rusiya"nın Moskva şöbəsinin lideri olan Andrey Metelskiy isə bu dəfə şəhər dumasına seçilə bilməyib.

Digər yandan sentyabrın 8-i həm də Rusiya Federasiyasının 16 regionunda da qubernator seçkiləri keçirilib. Rusiya Mərkəzi Seçkilər Komitəsinin məlumatına görə Seçkilərin nəticəsində bütün regionların hal-hazırki rəhbərləri yenidən öz yerlərini seçilib. Seçilərdə qalib gələn bütün qubernatorlar iqtidar partiyası olan "Vahid Rusiya"nın namizədləridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun