Rusiya müxalif bloqqer Elvin İsayevi Azərbaycana verməkdən imtina edib, azadlığa buraxıb

Rusiyanın Sankt-Peterburq məhkəməsi azərbaycanlı müxalif bloqqerin Azərbaycana deportasiyasını ləğv edib. Həmçinin məhkəmə onu başqa ölkəyə verilmək üçün saxlanılan mühacirlərin müvəqqəti saxlama təcridxanasından da azad edilərək evinə buraxılması haqqında qərar verib. Bu haqda Peterburqda çalışan “Fontanka” xəbər agentliyi məlumat verib.

Elvin İsayev avqustun 26-sı həbs olunmuş və avqustun keçirilən məhkəmədə hakim onun Rusiya pasportunu etibarsız sayaraq ləğv etmişdi. O həmçinin Rusiyada yaşayan əcnəbilərlə bağlı qanunu pozmaqda ittiham olunurdu. Bloqqer müvəqqəti saxlanılma mərkəzinə aparılmış və onun Azərbaycana veriləcəyi deyilirdi. Vəkili Elvin İsayevin əsassız həbsinə görə Avropa məhkəməsinə müraciət edəcəyini bildirib.

Elvin İsayev sosial şəbəkələrdə Azərbaycanın vəzifəli şəxslərinin ünvanına tənqidi çıxışları ilə məşhur idi. Onun videolarına youtubedə minlərlə insan baxırdı.

Bloqqeri bu gün sentyabrın 11-də həbsdən azad ediblər.