Ramzan Kadırov Qroznudakı yanğına sevinənləri tapıb cəzalandırmağı tələb edib

Ramzan Kadırov Qroznudakı yanğına sevinənləri tapıb cəzalandırmağı tələb edib
27 Sentyabr 2019
Mətni dəyiş
Çeçenistanın rəhbəri Ramzan Kadırov sentyabrın 19-da paytaxt Qroznunun "Qrand park" ticarət mərkəzində baş vermiş yanğın zamanı yanğını mobil telefonla çəkən və yanğını sevinclə qarşılayan hər kəsi tapmaqla bağlı göstəriş verib. Bu haqda RBK telekanalı məlumat yayıb. Kadırov televiziyada çıxışı zamanı deyib ki: "Onlar telefonla çəkirlər və mahnı oxuyurlar. Nəyə sevinirlər axı?" O əlavə edib ki, yanğın zamanı insanlar mülklərini, mağazalarını, ailələrinin gəlir mənbələrini itiriblər. Respublika rəhbəri yanğını sevinclə qarşılayan hər kəsi tapıb cəzalandırmağı tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun