Putin tərəfdarı məhşur reperlər böyük qınaqdan sonra klipi Youtube-dan siliblər

Putin tərəfdarı məhşur reperlər böyük qınaqdan sonra klipi Youtube-dan siliblər
11 Sentyabr 2019
Mətni dəyiş

Rusiyanın məhşur reperləri Timati və Guf böyük ictimai qınaqdan sonra "Moskva" adlı track-lərini Youtube-dan siliblər.

Sentyabrın 7-də yayınlanmış klip 3 gün ərzində 1,5 milyondan çox izləyici tərəfindən "dislike" edilib. Ümumilikdə isə 5 milyondan çox baxılmış videoya cəmi 62 min “like” gəlib.

Reperlərdən biri, əsl adı Aleksey Dolmatov olan Guf musiqiyə görə üzr istəyib və ölkədəki siyasi vəziyyətdən xəbəri olmadığını deyib.

Klip və trek Moskva şəhəri günündə yayımlanıb. Bu videoda tamaşaçıların ən çox hiddətini doğuran klipdəki “mitinqlərə getmirəm, yaxbalalıq etmirəm”, “Sobyanın sağlığına burger tıxıram” və “gey paradlar keçirməyən bu şəhər” sətirləri olub. İnternet istifadəçiləri reperləri satqın adlandırır və bu klipin iqtidarın sifarişi ilə yazıldığını bildirirlər. Özünün 'Instagram' səhifəsində əsl adı Timur Yunusov olan Timati yazıb ki, o bu trekə görə peşman deyil və ona görə pul almayıb. Reper bildirir ki, gənclərin çevrəsində hakimiyyəti söymək dəbə çevrilib. Bundan sonra Timati bir az da dərinə gedərək “mən mitinqlərə getmirəm” misrasının “açıqlamasını” verib. O yazıb ki, müxalifətin mitinqlərinə çıxanların yarısına buna görə pul ödənir: "Onların öz kuratorları var, təşkilatçıları var və hamısı maaş alırlar. Sən ki ağıllı oğlansan, fikirləş gör onları kim maliyyələşdirir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun