Polis Lənkəranda Müsavat Partiyasının toplantısını pozub

Polis Lənkəranda Müsavat Partiyasının toplantısını pozub
22 Sentyabr 2019
Mətni dəyiş

Sentyabrın 22-nə təyin edilmiş Müsavat Partiyası Lənkəran rayon təşkilatı üzvlərinin toplantısı polis tərəfindən pozulub.

Bu barədə Müsavat Partiyasının Divan üzvü və rayon təşkilatının rəhbəri Yadigar Sadıqlı və partiyanın aparat rəhbəri Gülağa Aslanlı birlikdə açıqlama yayıblar.

Məlumata görə, toplantı Lənkəranda Y.Sadıqlının evində olmalıydı. Toplantıda Müsavat Partiyasının oktyabrın 12-də keçiriləcək 9-cu qurultayına nümayəndələrin seçilməsi nəzərdə tutulurdu.

Lakin səhərdən polis qüvvələri Y.Sadıqlının evinə gedən küçəni hər iki tərəfdən mühasirəyə alıb. Polis toplantının "qanunsuz" olduğunu bildirib və saxlanmalar ilə hədələyib.

Müsavat Partiyası aparat rəhbəri Gülağa Aslanlı, partiya Nəzarət-Təftiş Komissiyasının üzvü Çingiz Əli, Müsavat Partiyası Məclis üzvü Qəzənfər Baxışov, həmçinin jurnalist Şəmşad Ağa kobud rəftara və fiziki təzyiqlərə məruz qalıblar. Y.Sadıqov bildirib ki, həmin hərəkətlərə Lənkəran Rayon Polis İdarəsinin rəis müavini Faiq İlyasov rəhbərlik edib.

Y.Sadıqov açıqlama verib ki, toplantının onun evində keçirilməsi nəzərdə tutulmuşdu, çünki hakimiyyət müxalifət təşkilatlarının tədbir keçirməsi üçün yer ayırmır.

Müsavat Partiyası aparat rəhbəri G.Aslanlı deyib ki, Lənkərandan çıxdıqdan sonra da polis əməkdaşları və mülki geyimli şəxslər Bakıdan gələn nümayəndələri paytaxt kənarına qədər müşayiət ediblər.

O, polisin hərəkətini qanunazidd adlandırıb, çünki siyasi partiyalar haqqında qanun evlərdə və mənzillərdə toplanıların keçirilməsini qadağan etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun