Penitensiar xidmət jurnalistin aclıq aksiyasını dayandıdığını bəyan edib

Penitensiar xidmət jurnalistin aclıq aksiyasını dayandıdığını bəyan edib
5 Sentyabr 2019
Mətni dəyiş
Jurnalist İkram Rəhimov 1 saylı Bakı istintaq təcridxanasında aclığı 30-cü gündə dayandırıb. Bu barədə sentyabrın 5-də Azərbaycan Penitensiar Xidməti yayıb. İdarə Rəhimovun bir aylıq aclıqdan sonra kritik vəziyyətdə olması barədə məlumatları təkzib edir. "Penitensiar xidmət bildirir ki, məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırmış və qida qəbuluna başlamışdır. Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur", deyə press-relizdə bildirilir. Rəhimovun ailə üzvləri hələlik aclığın dayandırılması haqqında məlumatı təsdiq etməyiblər. "Bizdə belə bir məlumat yoxdur. İkram hələ zəng etməyib", deyə onun ailə üzvü Turan agentliyinə bildirib. * Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsində verdikləri ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb. Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun