Nazir müavini: "SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollar sərmayə qoyub"

Nazir müavini: "SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollar sərmayə qoyub"
13 Sentyabr 2019
Mətni dəyiş

“Azərbaycan və Ukrayna bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində münasibətləri inkişaf etdirir. Cari ilin ilk 8 ayı ərzində Ukraynanın xam neft idxalının 92%-i Azərbaycanın payına düşüb".

Bu haqda xarici işlər nazirinin müavini Xələf Xələfov Ukraynanın müstəqillik günündə çıxışı zamanı bildirib.

Nazir müavini çıxışında bildirib ki, son illərdə SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Azərbaycanlı diplomat hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda, məsələn, GUAM, BMT, AŞPA, QDİƏT və s. kimi sahələrdə, o cümlədən ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsində vahid mövqelərdən çıxış edərək daim qarşılıqlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun