Müxalif xəbər saytı "Bastainfo.com"-un domeni əlindən alınıb

Müxalif xəbər saytı "Bastainfo.com"-un domeni əlindən alınıb
27 Sentyabr 2019
Mətni dəyiş
Bastainfo.com saytının təsisçisi və redaktoru Mustafa Hacıbəyli domeninin əlindən alındığını bildirib. Onun sözlərinə görə, sentyabrın 23-də bastainfo.com domeninin illik ödəniş vaxtı başa çatıb. Bundan bir saat sonra domen başqa istifadəçiyə satılıb. "Biz şübhələnirik ki, bunu hakimiyyətin tapşırığı ilə ediblər. Yoxsa domenimiz başqa adamın nəyinə lazım olsun ki?", deyə o bildirib. Hacıbəyli domenləri satan şirkətlə danışıqlar aparır və yuxarıdan sifariş yoxdursa, problemi həll etməyə çalışır. Rabitə Nazirliyindən şərh almaq mümkün olmayıb. Xatırladaq ki, müxalif bastainfo.com saytı 2018-ci ilin sentyabrında məhkəmə qərarı ilə bloklanmışdı. Qərar 2018-ci ilin iyulunda Gəncə iğtişaşları haqqında təhrikedici materialların dərc edilməsi ilə əsaslandırılmışdı. Bundan sonra saytın redaktoru bir neçə dəfə prokurorluğa dindirməyə çağırılıb. Bu il fevralın 21-də Ağır Cinayətlər Məhkəməsi Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə saxtakarlığında və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək, 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun