Milyarder: "Gələcəkdə insanlar 12 saatlıq iş rejiminə keçəcəklər"

Milyarder: "Gələcəkdə insanlar 12 saatlıq iş rejiminə keçəcəklər"
4 Sentyabr 2019
Mətni dəyiş

Beynəlxalq alış-veriş saytı "Alibaba"nın sahibi çinli sahibkar Cek Ma deyir ki, gələcək insanlar həftədə cəmi 12 saat işləyəcəklər, çünki əsas ağır iş süni intellektin üzərinə düşəcək.

Ancaq Cek Madan belə bir fikir eşitmək qəribə gəlib. Çünki o, həmişə deyir ki, insanlar həftədə altı gün və 12 saatlı növbələrlə işləməlidirlər.

Cek Ma haqqında bəhs olunan çıxışını bu yaxında "World Artificial Intelligence Conference" tədbirində edib. O, süni intellektin köməyilə işçiləri əlavə iş yükündən azad etməyin mümkün olacağını xəbər verib. Misal üçün, iş adamı elektrikin bir növ texnologiya kimi insanı xeyli zəhmətlərdən azad etməsini göstərib.

"Növbəti 10-20 ildə təhsildə islahatlar etmək lazımdır"

"Elektrik enerjisinin insanlara verdiyi üstünlük o oldu ki, insanların axşamlar karaokeyə, ya da ziyafətlərə getməyə zamanı oldu. Hesab edirəm ki, süni intellekt də bənzər effekti verəcək, insanlar axır ki, insan olmağın zövqünü çıxaracaqlar" - deyə çinli milyarder bildirib.

Cek Ma əlavə edib ki, növbəti 10-20 ildə təhsildə islahatlar etmək lazımdır ki, gənclər həftədə 12 saat, yəni üç gün, gündə də dörd saat işləyə bilsinlər.

"Əgər indiki təhsil sistemini dəyişməsək, bizimçün həddsiz çətin olacaq" -  biznesmen deyib. Onun sözlərinə görə indiki təhsil sistemi sənaye dövrünün məhsuludur və dövrün tələblərinə tamamilə cavab vermir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun