Milyarder Cek Ma vəzifəsindən istefa verib: bundan sonra xeyriyyə ilə məşğul olacaq

Milyarder Cek Ma vəzifəsindən istefa verib: bundan sonra xeyriyyə ilə məşğul olacaq
10 Sentyabr 2019
Mətni dəyiş
Dünyaca məşhur milyarder, "Alibaba" şirkətinin rəhbəri Cek Ma bu gün keçirdiyi mətubat konfransı ilə rəhbəri olduğu şirkətdən istefa verdiyini deyib. İndi onun yerini Daniel Zhang tutacaq. Milyarder vəzifəsindən getsə də şirkətin mühüm qərarlarını verən zaman orda iştirak etmək hüququnu özündə saxlayacaq. Cek Ma ixtisasca ingilis dili müəllimidir və 20 il bundan öncə Çinin Hangzou şəhərində kiçik bir evdə internetin imkanlarından istifadə edərək ticarətlə məşğul olmaq ideyasını gerçəkləşdirib və "Alibaba" adlı internet alış-veriş saytını yaradıb. Ma-nın vəzifəsindən getməsi ilə bağlı qərarı hələ bir il bundan öncə vardı. Milyarder bunu Çində iş həyatının dözülməz olması və dövlətin özəl şirkətlərin işinə çox müdaxilə etməsi ilə əlaqələndirirdi. Cek Ma-nın cəmi 20 ilə qurduğu nəhəng biznezi indi indi Amazon və Google kimi amerika şirkətləri ilə rəqabət aparır. Forbes jurnalının məlumatına görə Cek Manın varidatı 38,6 milyard dollardır. Cek Ma bundan sonra nə işlə məşğul olmağı planlaması haqda jurnalistlərin sualına cavabında deyib ki, o Çində kənd yerlərində yoxsulluq və təhsil problemləri ilə mübarizə aparmaq, həmçinin cürbəcür xeyriyyə işləri görmək istəyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun