Laçının qaytarılmasını tələb edən Müsavat fəalı saxlanıldı

Laçının qaytarılmasını tələb edən Müsavat fəalı saxlanıldı
14 Sentyabr 2019
Mətni dəyiş

Bu gün, sentyabrın 13-də Müsavat Partiyasının fəalı İlqar Mahmudun Bakıda yaşadğı evin yaxınlığında saxlanaraq naməlum istiqamətə aparıldığı bildirilir.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı Azadlıq Radiosuna deyib ki, yaxınlarının səylərinə baxmayaraq onun harada saxlandığını müəyyən edə bilməyiblər.

O, məsələ ilə bağlı bəzi fikirlərini də dilə gətirib:

"İlqar Mahmud partiyanın Laçın təşkilatının üzvüdür. "Laçına qayıdış" hərəkatının fəallarındandır. Köçkünlərin tədbirlərində həmişə fəal şəkildə iştirak edirdi".

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun