İspaniya məhkəməsi diktator Frankonun məzarını Şəhidlər Xiyabanından götürmək qərarını verib

Diktator Frensisko Frankonun İspaniyada Şəhidlər Xiyabanındakı məzarı.

İspaniya Ali Məhkəməsi sentyabrın 24-də hökümətə diktator Fransisko Frankonun nəşini İspaniya Şəhidlər Xiyabanından çıxarmaqla bağlı qərar verib.

Eyni zamanda, məhkəmə Frankonun nəvəsinin onun qəbrini Şəhidlər Xiyabanında saxlanılması ilə bağlı tələbini də rədd edib. Bu haqda “Euronews” məlumat yayıb.

Məhkəmənin qərarı ilə Frankonun qəbri Madridin ətrafındakı Pardo adlı qəbirsanlığa köçürüləcək.

Ancaq Frankonun qohumları artıq məhkəmənin qərarından Konstitusiya məhkəməsinə şikayət ediblər.

Onlar əgər şikayətləri qəbul olunmasa Avropa Məhkəməsinə şikayət edəcəklərini deyirlər.

Frankonun ailəsindən olan insanlar düşünür ki, insanın öz ailə üzvünün qalıqlarını dəfn etməklə bağlı Avropa qanunvericiliyinə əməl olunmalıdır.