Honq-Konqda xalqın aylardır etiraz etdiyi qanun layihəsi geri götürülüb

Honq-Konqda xalqın aylardır etiraz etdiyi qanun layihəsi geri götürülüb
5 Sentyabr 2019
Mətni dəyiş

Çinə aid olan muxtar vilayət Honq-Konqun lideri Kerri Lam aylardır milyonlarla insanın etiraz etdiyi və siyasi şübhəliləri Çinə verməklə bağlı parlamentdə müzakirə olunan qanun layihəsinin geri götürüldüyü bildirib. 

"Reuters"in xəbərinə görə, Lam siyas işlərdə şübhəli bilinənlərin Çində mühakimə olunmasını nəzərdə tutan qanun layihəsinin ləğvini qapalı bir toplantıda mətbuata və Honq-Konqdakı çinli hökümət təmsilçilərinə bildirib.

Geniş xalq kütlələrinin etirazına səbəb olan yeni qanun layihəsi əsasında Honq-Konq rəhbərliyi Çinə etiraz edən müxaliflərin bu ölkəyə ekstradisiyası asanlaşmalıydı.

Honq-Konq xalqı isə bu qanun layihəsinin Honq-Konqun muxtariyyət statusuna zidd olduğunu və Çin hökümətinin bu yolla Honq-Konqa təzyiq göstərdiyini iddia edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun