Gürcüstanda müxalif hərakat məhkəmə sistemini böhrandan xilas etmək üçün kampaniya başladır

Gürcüstanda müxalif hərakat məhkəmə sistemini böhrandan xilas etmək üçün kampaniya başladır
25 Sentyabr 2019
Mətni dəyiş

Gürcüstanda yeni yaranmış müxalif "Lelo" hərakatı ölkənin məhkəmə sistemindəki problemlərlə bağlı sənədlər hazırlamağı qərara alıb.

Bu haqda "Gruziya onlayn" portalı xəbər yayıb. Gürcü milyarder Mamuka Xazaradzenin rəhbəri olan hərəkatın bildirib ki, sənəd ictimai təşkilatlar, siyasi partiyalar, müstəqil ekspertlər, hüquqşünaslar, qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə birlikdə hazırlanacaq.

"Məhkəmə cəmiyyətimizin güclü gələcəyinin əsasını təşkil edir. Məhkəməsiz cəmiyyətimiz kosmetik təmir olunmuş, amma özülü olmayan bir tikiliyə bənzəyəcək. Bunu mütləq dəyişmək lazımdır".

"Lelo" hərakatının bəyanatında deyir ki, bütün partiya və başqa mənsubiyyətlərimizi kənara qoyaraq dövlətin bu çox mühüm probleminin həlli üçün ortaq səylərimizi göstərməliyik.

Həmçinin açıqlamada bildirilir ki, "Lelo" hərakatı Gürcüstan parlamentini "qeyri-leqitim yolla seçilmiş heç bir namizədi dəstəkləməməyə səsləyir".

Gürcüstanın ən böyük bankı TBC-nin təsisçisi Mamuka Xazaradze bu ilin iyun ayında ictimai hərəkat yaratmağa başladıqlarını açıqlayıb.

Xazaradze hazırda tikintisi davam edən, ölkənin ən böyük layihəsi olan Anaklia limanının tikintisini həyata keçirən şirkətin faktiki rəhbəridir.

Biznesmenin yeni hərəkatı bu ilin sentyabr ayında təsis olunub. Təşkilatın əsas məqsədi kimi ölkənin birləşdirilməsi, onun müstəqillik və azadlığının qorunması elan olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun