'Google' Çinin uyğurları casus proqramlar vasitəsilə izlədiyini bəyan edib

'Google' Çinin uyğurları casus proqramlar vasitəsilə izlədiyini bəyan edib
3 Sentyabr 2019
Mətni dəyiş

'Google' şirkəti 'iPhone' telefonlarında çinli mütəxəssislər tərəfindən düzəldilmiş casus proqlamları ortaya çıxarıb.

Şirkətin iddiasına görə, Çin höküməti bu proqramlarla uyğur müsəlmanlarını izləyir. Bu haqda nüfuzlu beynəlxalq texnologiya portalı "TechCrunch" və "Forbes" dərgisi xəbər yayıb.

Məlumata görə, caus proqramlar əsasən uyğurları hədəfə alıb. Casus proqramla 'iPhone' cihazlarında 'WhatsApp' və 'iMessage' kimi mesajlaşma proqramları vasitəsilə insanların şəkilləri və olduğu yerləri öyrənmək mümkün olub.

Xəbərdə deyilir ki, 'iPhone'-larda əlavə 'Google' əməliyyat sistemli və 'Windows-PC' kompyuterlərinin istifadəçiləri də izlənilib.

'Google' proqram ekspertlərinin xəbərdarlığı isə 'iPhone' markalı mobil telefonları 'Apple' şirkəti tərəfindən yenidən yoxlanmış və sistemdəki təhlükəsizlik problemi ortaya çıxarılaraq həll edilib və sistem yenilənib.

'Google' yaydığı bəyanatda 'iPhone' sistemli cihazların vasitəsilə Çinin şimal-qərbindəki müsəlman etnik qruplarının iki ildir izləndiyini bildirib.

Bəyanatda casus proqramların çinli texnologiya ekspertləri tərəfindən ilbəil inkişaf etdirildiyi də deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun