Daxili işlər naziri Qaxariya Gürcüstanda baş nazir olmağa hazırlaşır

Daxili işlər naziri Qaxariya Gürcüstanda baş nazir olmağa hazırlaşır
3 Sentyabr 2019
Mətni dəyiş

Gürcüstanda sentyabrın 2-də baş nazir Mamuka Baxtadze istefa verdikdən sonra onun postuna daxili işlər naziri Georgi Qaxariya namizəd olub.

Bu haqda Bidzina İvanişvilinin iqtidarda olan "Gürcü Arzusu" partiyasının bəyanatında deyilir.

Qaxariya partiyanın bu posta ən real namizədidir, çünki onu birbaşa partiya rəhbəri dəstəkləyir.

İvanişvili özü media üçün açıqlamasında deyib ki, siyasi şurada Georgi Qaxariyanın namizədliyini irəli sürüb və onun tam dəstəklənməsini rica edib.

Lakin Qaxariya gürcü ictimaiyyəti tərəfindən sevilmir. Çünki bu ilin iyun ayının 21-də Tbilisidə keçirilmiş genişmiqyaslı Rusiya əleyhdarı mitinqlərin amansızlıqla yatırılmasında polis həddsiz miqdarda zorakılığa yol vermiş və buna görə də mitinqçilər onun istefasını tələb edirdilər.

Əvvəlki baş naizr Mamuka Baxtadeze 2018-ci ilin yayından bu postda idi. O, istefasını 'Facebook' vasitəsilə elan edib, amma bununçün əsaslı bir səbəb göstərməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun