"Daimler" şirkəti Almaniya hökümətinə 866 milyon dollar cərimə ödəyəcək

"Daimler" şirkəti Almaniya hökümətinə 866 milyon dollar cərimə ödəyəcək
25 Sentyabr 2019
Mətni dəyiş

Almaniyada Ştutqart prokurorluğu 'Daimler' avtokonserninin istehsal etdiyi maşınların dizel yanacağından ətraf mühitə qəbul olunan normadan çox zəhərli maddə atdığı üçün şirkəti cərimələyib.

Bu haqda Ştutqart prokurorluğunun bəyanatında bildirilir. Səhvə görə 684000 Daimler istehsalı olan maşın geri çağırılıb.

'Daimler' maşın zavodu indi baş vermiş insidentə görə Almaniya dövlətinə 870 milyon avro ödəməlidir.

Bu haqda Almaniyada sentyabrın 24-də Ştutqart prokurorluğu məlumat yayıb. Prokurorluğun bəyanatında deyilir ki, 'Daimler'in çox sayda maşını istifadə zamanı atmosferə normadan artıq azot oksidi buraxıb və bu ətraf mühitə zərər vurub.

Söhbət 2008-ci ildən bəri istehsal olunan təqribən 684 min maşından gedir. Onlar Almaniya federal nəqliyyat qurumunun tələbi ilə geri çağırılıb.

'Daimler' pozduğu qanuna görə alman hökümətinə cəmi 4 milyon dollar cərimə və maşın satışından əldə etdiyi 866 milyon avro pul ödəməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun