CHP İstanbul təşkilatının sədri həbs olunub: Ərdoğan İstanbul məğlubiyyətinin intiqamını alır?

CHP İstanbul təşkilatının sədri həbs olunub: Ərdoğan İstanbul məğlubiyyətinin intiqamını alır?
7 Sentyabr 2019
Mətni dəyiş

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu beş cinayət işindən mühakimə olunurdu. Dünən, sentyabrın 6-da oan hökm oxunub və həbs edilib.

Kaftancıoğluna "Türkiyə Cumhuriyyəti Dövlətinə qarşı aşağılama", "dövlət məmuruna qarşı aşağılama", "Prezidentdə aşağılama", "Xalqı kim və düşmənçiliyə təhrik etmə" kimi ittihamlarla 17 ilə qədər həbs cəsazı tələb olunur.

İstanbulun 37-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında Kaftancıoğlunun 2012-2017-ci illər arasında sosial şəbəkədə yazdığı statusları oxunaraq mühakimə olunub.

Apellyasiya məhkəməsi rayon məhkəməsinin qərarını təsdiqlədiyi halda Kaftancıoğlunun seçmə və seçilmə haqqı da əlindən alıncaq.

Kaftancıoğlu məhkəmə hökmü oxunduqdan sonra iclasın keçirildiyi salonun önündə jurnalistlərlə açıqlama verib.

"Onlar elə bilir ki, təzyiq edildikcə, cəza verildikcə qorxacağıq, haqlarımız əlimizdən alındıqca xoflanıb susacağıq. Bələdiyyələrə qəyyumlar təyin olunduqca seçmə və seçilmə haqqımız qəsb edildikcə qorxacağıq və susacağıq. Bizsə qoxmayacağıq və susmayacağıq".

Kaftancıoğlunun məhkəməsində iştirak edən İstanbul Bələdiyyəsinin sədri CHP partiyasından olan İmamoğlu da açıqlamasında deyib ki, bu hüquqsuzluğu daha yuxarı instansiya məhkəmələrinin aradan götürəcəyinə ümid edir.

"Hər şeyə baxmayaraq Türkiyəmizdə bu sahədə ən doğru qərarı verəcək hakimlər mütləq var. Ən doğru qərarın veriləcəyinə inanıram".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun