Sentyabrın 15- səhər saat 06:30 radələrində Bakı Dövlət Yol Polis İdarəsinin əməkdaşları ağır yol qəzası törədiblər.

Abzas xəbər verir ki, 99 YP 468 nömrə nişanlı avtomobillə qəzaya düşən polislər Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları olub.

Hadisə Binəqədi rayonunda, Cəfər Xəndan küçəsi, Monte Kristo şadlıq sarayının qarşısında baş verib.

Şahidlərinin sözlərinə görə, səhər saatların BMW markalı yol polisi avvomobili 26 saylı marşrut xəttində işləyən “Daewoo” markalı avtobusa arxadan yüksək sürətlə çırpılıb.

Məlumata görə, hadisə nəticəsində polis əməkdaşları ağır yaralıblar. Xəsarət alanların Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı hələlik Daxili İşlər Nazirliyində açıqlama verilməyib.