Avropa Məhkəməsi Azərbaycanı 128,5 min avro cərimələyib

Avropa Məhkəməsi Azərbaycanı 128,5 min avro cərimələyib
26 Sentyabr 2019
Mətni dəyiş
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Məcidli və digərləri Azərbaycana qarşı" işi üzrə qərarını açıqlayıb. Bu iş üzrə ərizəçi kimi 2010-2011-ci illərdə etiraz mitinqlərində iştiraka görə inzibati həbsə məruz qalmış 11 müxalifətçi çıxış edib. Bundan əlavə, 2011-ci il 2 aprel mitinqində iştiraka görə onlar 1 ildən 3 ilədək mühakimə olunmuşdular. AİHM onların Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı hüququ), 11-ci (dinc toplaşma hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu müəyyən edib. AİHM Məhəmməd Məcidli, Arif Hacılı, Tural Abbaslı, Fuad Qəhrəmanlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Sahib Kərimov, Arif Alışlı, Ülvü QuliyevRüfət Hacıbəyliyə məhkəmə xərcləri də daxil olmaqla, ümumilikdə 128,5 min avronun ödənilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, bütün ərizəçilər bundan əvvəl hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıblar. Onlardan biri, AXCP fəalı Babək Həsənov hazırda "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" işi üzrə həbsdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun