AŞPA rəhbəri Əliyevlə insan hüquqları sahəsində vəziyyəti müzakirə edib

AŞPA rəhbəri Əliyevlə insan hüquqları sahəsində vəziyyəti müzakirə edib
13 Sentyabr 2019
Mətni dəyiş

Cümə axşamı prezident İlham Əliyev Bakıda rəsmi səfərdə olan AŞPA prezidenti Lilian Mori Paskieni qəbul edib.

Dövlət başçısının saytında yer alan məlumata görə, söhbət zamanı Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin Azərbaycan və AŞ arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.

Həmçinin, bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyi çərçivəsində keçirilən tədbirlərin önəmi vurğulanıb.

Tərəflər Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edilib, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunulub. Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər də müzakirə edilib.

Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun