AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycandadır

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycandadır
5 Sentyabr 2019
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, İslandiyadan olan millət vəkili Sunna Torhildur Evarsdottir Bakıya gəlib.

Məlumata görə, onun səfəri 5-7 sentyabr tarixlərini əhatə edəcək. O, məruzə hazırlanması və AŞPA sessiyasına təqdim edilməsi üçün faktların müəyyən edilməsi missiyasına rəhbərlik edir.

Avropa Şurasının mətbuat xidmətindən verilən məlumata görə, onun Azərbaycanın parlament üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Məlumata görə, həmçinin, məruzəçi bir sıra siyasi məhbuslarla görüş istəyib.

Məruzəçinin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfin xahişi ilə təxirə salınmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun