AŞPA məruzəçisi həbsxanada tanınmış siyasi məhbuslarla görüşüb

AŞPA məruzəçisi həbsxanada tanınmış siyasi məhbuslarla görüşüb
9 Sentyabr 2019
Mətni dəyiş
AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruəzçisi Torhildur Sunna Evarsdottir 5-7 sentyabr tarixlərində Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb. Xüsusən, o, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, "Müsəlman Birliyi" hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas HüseynovSəid Dadaşbəyli ilə görüşüb. Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupun üzvü, araşdırmaçı jurnalist Xədicə İsmayılova Turan-a bildirib ki: "Məruzəçinin siyasi məhbus probleminin həllinə sistemli yanaşması olduğu hiss olunur". İsmayılovanın sözlərinə görə, Evarsdottir azad edilən siyasi məhbusların yerinə başqalarının həbs edilməsi kimi pis təcrübəyə son verilməsi zərurətini başa düşür. Məruzəçinin səfərin yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir. AŞPA məruzəçisi səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirib. Azərbaycan hüquq müdafiəçilərinin son məlumatına görə, ölkə həbsxanalarında 120-yə yaxın siyasi məhbus saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun