ABŞ Dövlət Departamenti Rusiyanı Gürcüstanın işğalını dayandırmağa çağırır

“ABŞ dövlət departamenti Rusiyanı Gürcüstan ərazisinin qanunsuz işğalını dayandırmağa çağırır”.

Bu haqda dövlət departamentinin sözçüsü Morqan Ortaqus həftəlik mətbuat konfransında deyib.

“Biz yenidən Rusiyanı Gürcüstan ərazilərinin qanunsuz işğalına son qoymağa və 2008-ci ildə imzalanmış atəşkəs müqaviləsinin şərtlərinə əməl etməyə çağırırıq.

Son onillikdə Rusiya qeyri-qanuni, aqressiv fəaliyyəti ilə regionda sülh və sabitliyi pozub” – deyə ABŞ Dövlət Departamentinin rəsmisi çıxışında bəyan edib.