Əli Kərimlinin mühafizəçisinə 30 sutka həbs verildi [yenilənib]

Əli Kərimlinin mühafizəçisinə 30 sutka həbs verildi [yenilənib]
11 Sentyabr 2019
Mətni dəyiş

Bugün, sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

Partiyadan verilən məlumata görə, cəbhəçi xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb.

Bu gün səhər saatlarında bloger Fatimə Mövlanlı Ruslan Əmirlinin Yasamal rayon Məhkəməsinə aparıldığını demişdi.

“Ruslan Əmirlinin məhkəməsinə toplaşmışdıq, Yasamal polisi bizi zor tətbiq edərək ərazidən uzaqlaşdırdı, jurnalistlərə hücum etdilər. Polis mənə xəsarət yetirdi, ayağım burxuldu. Ağrının keçməsinə imkan verməmiş tutub qolumdan aparmağa çalışırdılar” – deyə, Mövlanlı bildirib.

Ruslan Əmirli sentyabrın 10-da saat 15:30 radələrində naməlum şəxslər tərəfindən saxlanılıb.

Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.

O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir. Kərimlinin özünün sözlərinə görə, son günlər facebook-da “Milli fədailər” qrupunun ailə üzvləri Əmirlini təhdid edirdilər.

“Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib”, deyə Əli Kərimli öz səhifəsində yazıb.

Polis Ruslan Əmirliyinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb, baxmayaraq ki, başqa vaxt sosial şəbəkələrdə tənqidi ifadələrə görə müxalifətçiləri həbs edir.

Daha sonra Ruslan Əmirlinin polis bölməsində saxlandığı və məhkəməyə aparılaxağı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun