Qəzaya uğramış Azərbaycan təyyarəsinin qalıqları tapılıb

Qəzaya uğramış Azərbaycan təyyarəsinin qalıqları tapılıb
9 Avqust 2019
Mətni dəyiş

İyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Təyyarə sahildən 17 km məsafədə dənizə düşüb. Bu hissədə dənizin dərinliyi təxminən 40 metrdir.

Qəzanın səbəbi və pilotun - polkovnik-leytenant Rəşad Atakişiyevin taleyi hələki naməlum olaraq qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun