Paşinyan: "Ermənistan Qarabağa 6 milyon dollarlıq maddi yardım edəcək"

Paşinyan: "Ermənistan Qarabağa 6 milyon dollarlıq maddi yardım edəcək"
27 Avqust 2019
Mətni dəyiş
Ermənistan Dağlıq Qarabağa 6 milyon dollar həcmində maliyyə yardımı etməyi düşünür. Bu yardım Qarabağda mənzil problemi və hərbçilərin pensiyasına yönəldiləcək. Bu haqda Facebookdakı hesabından Ermənistanın baş nazirir Nikol Paşinyan bəyan edib. Paşinyan məbləğin 2.9 miylard dram (6 milyon dollar) olacağını və bu yolla 2023-cü ilə qədər hərbçilərin mənzil probleminin tam ödəniləcəyini bildirib. O həmçinin bununla bağlı avqustun 5-də Xankəndində keçirdiyi mitinqdə xalqa söz verdiyini də əlavə edib. Paşinyan həm də 2050-ci ilə qədər 2.5 milyon vətəndaş üçün yarım milyon iş yeri yaradacaqlarını da bildirib. O 2050-ci ilə qədər Ermənistanın sənayesini və ümumi daxili məhsulunu 15 dəfə böyüdəcəkləri vədini də verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun