"Neftçi" Rusiyanın "Arsenal"ını məğblub edərək Avroliqanın 3-cü mərhələsinə yüksəldi [video]

"Neftçi" Rusiyanın "Arsenal"ını məğblub edərək Avroliqanın 3-cü mərhələsinə yüksəldi [video]
2 Avqust 2019
Mətni dəyiş

Bu gün, avqustun 1-də Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Turnirdə Azərbaycanı təmsil edən “Neftçi” Bakıda Rusiyanın "Arsenal" klubunu qəbul edib.

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də komandalar hesabı aça bilməyiblər.

İkinci hissə başlayandan 4 dəqiqə sonra, 49-cu dəqiqədə hesab açılıb. "Neftçi"nin futbolçusu Rauf Əliyev dəqiq zərbə ilə adını qol siyahısına yazdırıb.

Oyunun 89-cu dəqiqəsində Arsenalın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Paytaxt təmsilçisi rəqib qapısından daha iki qol keçirib. Beləliklə, görüş "Neftçi"nin 3:0 hesablı qələbəsilə yekunlaşıb.

Bu qələbə sayəsində mərhələ adlayan Azərbaycan klubu 3-cü turda İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq.

21:00. "Neftçi" – "Arsenal" (Rusiya) - 3:0

Qol: Rauf Əliyev, 49, Dario Federiko, 89-pen. Mamadu Mbodj, 90+3 Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).

Bakı. “Bakcell Arena”.

İlk oyun – 1:0.

[embed]https://www.youtube.com/watch?v=I-VxMQzZRS0[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun