Moskvada etirazlar: 600-dən çox şəxs saxlanılıb, Navalnıya cinayət işi açılıb [video]

Moskvada etirazlar: 600-dən çox şəxs saxlanılıb, Navalnıya cinayət işi açılıb [video]
4 Avqust 2019
Mətni dəyiş

Avqustun 3-də Moskvada keçiriləcək seçkilərə etiraz olaraq Rusiya müxalifətinin növbəti aksiyaları keçirilib.

Rusiyanın mətbuatının məlumatına görə, aksiyalar əsasən Puşkinsk və Trubnoy meydanlarında baş tutub. Etirazlarda minlərlə vətəndaş iştirak edib.

Rəsmi məlumata görə, aksiyalarda polis tərəfindən 600 adam saxlanılıb. Müstəqil mənbələrin açıqlamasında isə 800-dən çox şəxsin saxlanıldığı deyilir.

Aksiyaçılar müstəqil namizədlərin Moskva şəhər dumasına seçkilərə buraxılmamasına etiraz edirlər.

Daha bir namizəd həbs edilib

Polislər aksiyalar başlamamışdan əvvəl müxalifətin əsas lideri Aleksey Navalnının təşkilatı olan 'Korrupsiya ilə Mübarizə Fondu'nun hüquqşunası Lyubov Sobolu saxlayıblar.

Məlumata görə, Sobol taksiyə oturub mitinqə getmək istəyərkən polislər onu həbs ediblər. Bundan əvvəl onun qərərgahının ətrafına 1 polis əməkdaşı qoyulubmuş.

Sobol 20 gündən çoxdur ki, aclıq edir. O, 27 iyul aksiyası zamanı həbs olunmayan müstəqil namizədlərdən biri idi.

Rusiya hökuməti hərc-mərclik kimi qiymətləndirib

Paytaxt administrasiyası avqustun 3-ə təyin olunan mitinqin keçirilməsinə icazə verməyib.

Rusiya hakimiyyəti bir həftə əvvəl Moskvada eyni tələblə keçirilən etiraz aksiyalarını kütləvi hərc-mərclik kimi qiymətləndirib.

Həmin aksiyalar zamanı mindən çox adam saxlanıb, polis və xüsusi təyinatlı qüvvələr aksiyalara qarşı güc tətbiq edib.

Beynəlxalq ictimaiyyət aksiyasının güclə dağıdılmasını pisləyib

ABŞ və Avropa Birliyi avqustun 3-də Moskvada etiraz aksiyasının güclə dağıdılmasını pisləyib və saxlananların azad ounmasını tələb ediblər.

Avropa Birliyinin xarici məsələlər üzrə idarəsinin nümayəndəsi Maya Kosyancic isə bəyan edib ki, Avropa Birliyi aksiya zamanı saxlanmış 600 nəfərin təcili azad edilməsini gözləyir.

İsveçin xarici işlər naziri Margot Valstrem də Rusiya hakimiyyətini müstəqil namizədləri seçkiyə buraxmağa çağırıb.

'Amnesty International' hüquq-müdafiə təşkilatı da polisin aksiyaçılara qarşı həddən artıq zor işlətməsini kəskin pisləyib.

Navalnıya yeni cinayət işi açılıb

Rusiyanın istintaq komitəsi Aleksey Navalnıya qarşı yeni cinayət işi açıb. Söhbət cinayət yolu ilə digər şəxslər tərəfindən əldə edilmiş pullarla maliyyə əməliyyatları həyata keçirməkdən gedir.

Fondun rəsmi saytında yerləşdirilən məlumata görə, cinayət işi Rusiya Daxili İşlər Nazirliyinə daxil olan sənədlər əsasında açılıb. Həmin sənədlərə görə, Navalnının fondu milyard rubla yaxın vəsaiti leqallaşdırıb.

İstintaqın məlumatına görə, qeyri-hökumət təşkilatı “Korrupsiya ilə Mübarizə Fondu” ilə bağlılığı olan şəxslər, o cümlədən fondun əməkdaşları 2016-cı ildən 2018-ci ilədək 3-cü şəxslərdən böyük məbləğdə pullar qəbul ediblər.

Cinayət yolu ilə əldə edilmiş pulların yuyulması və ya leqallaşdırılması maddəsi ilə 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, polis bunadək Aleksey Navalnının, onun qərərgah rəsi Leonid Volkovun, fondun keçmiş direktoru Roman Rubanovun və fondun bir neçə əməkdaşının bank hesablarını yoxlayıbmış.

Leonid Volkov deyir ki, hüquq-mühavizə orqanları fonda ianə şəklində verilən maliyyə vəsaitlərini “pulyuma əməliyyatı” kimi qələmə vermək istəyir. O bildirib ki, beləliklə hakimiyyət Navalnının regional qərərgahlarının maliyyələşdirilməsini imkansız etmək istəyir.

Navalnı bu günlərdə icazəsiz mitinqə çağırma ittihamı ilə 30 sutka həbsə məhkum edilib. O, prezident Vladimir Putin başda olmaqla Kremlin ən sərt tənqidçisi hesab olunur.

[embed]https://www.youtube.com/watch?v=ETW514fo96Y[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun