İngiltərə məhkəməsi girov götürülmüş İran gəmisini azad edib

İngiltərə məhkəməsi girov götürülmüş İran gəmisini azad edib
16 Avqust 2019
Mətni dəyiş

Böyük Britaniyaya aid olan Cəbəllütariqdə iyulun 4-də ələ keçirilən "Grace 1" adlı İran neft tankerinin kapitanı və gəmi heyətini azad etmək haqda bölgə məhkəməsinin qərarından sonra məhkəmə daha bir qərarla gəminin özünü də sərbəst buraxıb.

İngilis məhkəməsinin bu qərarı ABŞ tərəfindən etirazla qarşılanıb, çünki rəsmi Vaşinqton İran tankerinin müsadirə edilməsini tələb edirdi.

Altı həftədir Cəbəllütariqdə saxlanılan gəmisi, İran tərəfindən saxlanılan bir ingilis gəmisi ilə dəyişdirilmək istənilirdi, ancaq Cəbəllütariq məhkəməsinin qərarı ilə bu məcburiyyət də aradan qalxdı.

Məhkəməyə ABŞ-dan hələ də bir müraciət daxil olmadığını deyən hakim Antoni Dudley İran gəmisinin heyyətinin heç bir günahı olmadan həbs edildiyini bildirib.

Digər tərəfdən Cəbəllütariq prezidenti Fabian Picardo İrana məxsus neft tankerinin daşıdığı 2,1 milyon barel nefti Suriyaya aparmayacağı ilə bağlı yazılı zəmanət verdiklərini də bildirib.

İran Dənizçilik Nazirliyi "Mehr" Xəbər Agentliyinə deyib ki, girovdan qurtulmuş gəmi Aralıq dənizinə aparılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun