Gürcüstandan Avropaya uçmaq Azərbaycandakından üç dəfə ucuz başa gəlirmiş

Gürcüstandan Avropaya uçmaq Azərbaycandakından üç dəfə ucuz başa gəlirmiş
9 Avqust 2019
Mətni dəyiş

2019-cu ilin ilk beş ayında Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib.

Bu, yarım il ərzində bütün hava limanlarında təxminən 2,5 milyon insanın daşıyan qonşu Gürcüstanla müqayisədə yüksək rəqəm deyil.

Aydınlıq üçün əlavə edək ki, Azərbaycanın əhalisi 10 milyondan çoxdur, Gürcüstanda isə 5 milyondan çox insan yaşayır. Bu haqda "Turan" xəbər verib.

Ölkənin hava limanları arasında sərnişinlərin bölüşdürülməsi ilə bağlı məlumatlar səciyyəvidir.

Paytaxtın Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 1.57 milyon sərnişin, yəni təxminən 85% düşür, Gürcüstanda Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanı isə 1.9 milyona yaxın sərnişinə xidmət göstərib ki, bu da 76% edir.

Gürcüstanın hava uçuşlarından əldə etdiyi vəsaitin 30%-nin Azərbaycan vətəndaşlarının hesabına olduğu bildirilir.

Belə ki, Gürcüsrandan Avropaya uçmaq Azərbaycan vətəndaşlarına Bakıdan uçmaqdan üç dəfə ucuz başa gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun